Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?

May 12, 2025 - 15:34
 0  39
Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?

16 maya qədər ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi bölgələrdə güclü yağış, şimşək, dolu və küləyin güclənməsi ehtimalı var.

Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, gözlənilən yağıntılar nəticəsində ölkənin çaylarında suyun səviyyəsinin əhəmiyyətli artımı, kiçik çaylarda daşqınlar, habelə təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin baş verməsi və aktivləşməsi mümkündür. Xəbərdarlığın təhlükə səviyyəsi orta hesab olunur.

mənbə: interpress