Daxili İşlər Nazirliyi sərhədi qanunsuz keçməkdə təqsirli bilinən 5 xarici vətəndaşı həbs edib

May 7, 2025 - 15:34
 0  20
Daxili İşlər Nazirliyi sərhədi qanunsuz keçməkdə təqsirli bilinən 5 xarici vətəndaşı həbs edib

Sarpi sərhəd ərazisinin mühafizə olunan hissələrində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Sərhəd Polis İdarəsinin əməkdaşları tərəfindən Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz olaraq keçməkdə təqsirli bilinən 5 xarici ölkə vətəndaşını saxlayıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü A.F., 1996-cı il təvəllüdlü P.T., 1991-ci il təvəllüdlü S.T., 2002-ci il təvəllüdlü K.H. və 1994-cü il təvəllüdlü A.A. Gürcüstan sərhədindən Türkiyəyə keçməyə cəhd ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin "a" bəndi ilə istintaq aparılır. Həmin maddə Gürcüstan dövlət sərhədini qrup halında qeyri-qanuni keçməyə cəhd göstərməni nəzərdə tutur. Cinayət 5 ilə qədər həbslə cəzalandırılır.

mənbə: marneulifm