ChatGPT mətnləri sizin üslubunuzda yazacaq: OpenAI-dan yeni "Writing Style" funksiyası
"ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkəti çat-botun əlaqəli tətbiqlərdən istifadəçinin yazı tərzini öyrənməsinə imkan verən yeni "Writing Style" funksiyasını sınaqdan keçirir.
XEBER.GE xeber verir ki, funksiya bu mərhələdə məhdud sayda istifadəçi qrupu üçün əlçatandır. "ChatGPT" "Gmail", "Slack", "Google Drive" və "Notion" kimi tətbiqlərdən üslub nümunələri ala və sonradan mətnləri məhz həmin istifadəçiyə xas olan manera ilə yarada bilir.
"Writing Style" funksiyasının köməyi ilə istifadəçinin artıq istənilən tonu ətraflı təsvir etməsinə və ya öz mətn nümunələrini əl ilə çata daxil etməsinə ehtiyac qalmayacaq — sistem onun ünsiyyət tərzini artıq mövcud materiallardan öyrənəcək.
"OpenAI" funksiyanın sınaqdan keçirildiyini təsdiqləyib, lakin "Writing Style" funksiyasının nə vaxt və ya ümumiyyətlə geniş ictimaiyyət üçün əlçatan olub-olmayacağı h hələlik məlum deyil.
Oxşar funksiya "Anthropic" şirkətinin "Claude" çat-botunda da mövcuddur, lakin "OpenAI" versiyasının əsas fərqi əlaqəli tətbiqlərdən real yazı nümunələrindən istifadə etməsidir.