Bu tarixdə ölkədə güclü yağış, dolu və külək gözlənilir

Jul 4, 2025 - 14:51
 0  67
Bu tarixdə ölkədə güclü yağış, dolu və külək gözlənilir

5 iyul tarixində günorta saatlarında Şərqi Gürcüstanın əksər hissəsində və Qərbi Gürcüstanın dağlıq bölgələrində qısamüddətli, yerlərdə güclü yağış, şimşək, küləyin güclənməsi və Şərqi Gürcüstanda dolu gözlənilir.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi məlumat verib.

Agentlik bildirir ki, proqnozlaşdırılan yağıntılar ölkənin çaylarında su səviyyəsinin əhəmiyyətli artmasına, kiçik çaylarda sel hadisələrinə, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və palçıq axınlarının yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Bu riskin səviyyəsi orta dərəcədə qiymətləndirilir.

mənbə: interpress