Bu ölkədə 7,8 bal gücündə zəlzələ oldu: ölənlər var - Video
Filippinin Mindanao adasının cənub sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.
Xeber.ge xəbər verir ki, bu barədə "ABS-CBN Nyus" telekanalı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar nəticəsində General Santos şəhərində bir sıra binalar dağılıb.
İlkin məlumata görə, 8 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Qeyd edək ki, zəlzələdən sonra ölkədə sunami təhlükəsi elan edilib və bir sıra güclü afterşoklar müşahidə olunub.
mənbə: axar,az