Bu adada 90 min dollara "qızıl pasport" verilir

Aug 6, 2026 - 21:05
 0  3
Bu adada 90 min dollara "qızıl pasport" verilir

Sakit Okeanda yerləşən ada dövləti Nauru 90 min dollar müqabilində vətəndaşlıq təqdim etməyə başlayıb.

XEBER.GE xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Bildirilib ki, ölkənin investisiya qarşılığında vətəndaşlıq proqramı çərçivəsində təhlükəsizlik yoxlamasından uğurla keçən şəxslər Nauru pasportu əldə edirlər.

Bu pasport sahiblərinə 85-dən çox ölkəyə vizasız və ya sərhəddə viza almaqla səyahət imkanı yaradır.

Proqramın əsas məqsədi iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsindən zərər çəkən əhalinin adanın daha yüksək ərazilərinə köçürülməsi üçün vəsait toplamaqdır.

Bununla yanaşı, yeni vətəndaşlara Nauru ərazisində torpaq və ya daşınmaz əmlak almağa icazə verilmir. Həmçinin cinayət keçmişi olan şəxslər proqrama qəbul edilmir, sonradan belə fakt aşkarlanarsa, onların vətəndaşlığı ləğv edilə bilər.

mənbə: publika.az