Blokadaya məhəl qoymayan bir neft tankeri Hörmüz boğazından keçib

Apr 14, 2026 - 10:47
 0  18
Blokadaya məhəl qoymayan bir neft tankeri Hörmüz boğazından keçib

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq əmrinin qüvvəyə minməsindən sonra bir neft tankeri həmin boğazdan keçib. Bununla da, gəmi ABŞ-yə meydan oxuyub.

 Xeber.ge xəbər verir ki, CNN telekanalı bu barədə "Kpler'" analitik şirkətinə istinadən məlumat yayıb.

Hind okeanındakı Komor adalarında "Elpis" adı ilə qeydiyyatdan keçmiş gəmi İranın "kölgə donanması"nın tərkibində sözügedən ölkənin neftinin satışı, alışı və daşınmasında iştirak etdiyinə görə 2025-ci ildən ABŞ-nin sanksiyaları altındadır.

Xatırladaq ki, Tramp aprelin 12-də Hörmüz boğazının blokadaya alınması barədə əmr vermişdi.

mənbə: oxu.az