Birinci siniflər üçün məktəb formalarının satışı başlayır

Aug 24, 2026 - 12:54
 0  22
Birinci siniflər üçün məktəb formalarının satışı başlayır

Təhsil Nazirliyinin məlumatına görə, birinci sinif şagirdləri üçün məktəb formalarını 1-14 sentyabr tarixlərində həm satış məntəqələrindən, həm də formebi.emis.ge elektron platforması üzərindən onlayn almaq mümkün olacaq. Sentyabrın 15-dən etibarən isə formaları yalnız onlayn qaydada əldə etmək mümkün olacaq.

XEBER.GE xeber  verir ki, Birinci sinif şagirdləri üçün məktəb formasının satışı 1 sentyabr - 14 sentyabr tarixlərində həyata keçiriləcək. Valideynlər Gürcüstanın bütün regionlarında məktəb formasını satış məntəqələrindən və ya xüsusi olaraq yaradılmış formebi.emis.ge elektron platformasından onlayn ala biləcəklər.

Platformada istifadəçilər məktəb formalarının modellərini, ölçülərini və qiymətlərini, satış məntəqələrinin dəqiq ünvanlarını və əlaqə məlumatlarını görə biləcəklər.

Qeyd olunmalıdır ki, sentyabrın 15-dən etibarən valideynlər formaları yalnız elektron platforma vasitəsilə almaq imkanına malik olacaqlar", — deyə bəyanatda bildirilir.