Almaniyadan Gürcüstana kütləvi deportasiya

Aug 17, 2026 - 10:25
 0  7
Almaniyadan Gürcüstana kütləvi deportasiya

Almaniyadan 50-yə yaxın Gürcüstan vətəndaşı deportasiya edilib

 

XEBER.GE xeber  verir ki,  Almaniyanın Saksoniya əyalətində yerləşən hava limanından hüquq-mühafizə orqanları çarter reysi ilə onlarla şəxsi Gürcüstana geri göndərib.

 

Yalnız Leypsiq şəhərindən 27 Gürcüstan vətəndaşı deportasiya olunub.

 

Yayılan məlumata görə, Almaniyanın bir neçə federal əyalətindən ümumilikdə 46 nəfər Gürcüstana qaytarılıb.

 

Saksoniyadan deportasiya edilən şəxslər arasında iki məhkumun da olduğu bildirilir.

 

Məlumatı Almaniyanın “Sächsische Zeitung” nəşri yayıb