Batumidə yol qəzası nəticəsində piyada dünyasını dəyişib

Sep 26, 2025 - 19:45
 0  8
Batumidə yol qəzası nəticəsində piyada dünyasını dəyişib
: :
playing

Batuminin Cavaxişvili küçəsində gecə saatlarında baş verən qəza zamanı bir nəfər həyatını itirib.

Hadisə şahidinin “Acara Times” nəşrinə verdiyi məlumata görə, hərəkətdə olan avtomobil Cavaxişvili küçəsində dayanmış 6 avtomobilə çırpılıb. Toqquşma nəticəsində səkidə dayanan bir nəfər ağır xəsarət alıb və təcili tibbi yardım tərəfindən klinikaya aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralı klinikaya çatdırıldıqdan az sonra dünyasını dəyişib.


Nazirliyin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

mənbə: marneulifm.ge