Batumidə qonşusuna bıçaqla xəsarət yetirən şəxs tutulub

Jan 4, 2026 - 11:37
 0  11
Batumidə qonşusuna bıçaqla xəsarət yetirən şəxs tutulub

Batumi şəhərində qonşusunu bıçaqlayan kişi saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, məişət zəminində başlayan mübahisə zamanı kişi qonşusuna bıçaqla bir neçə xəsarət yetirib.

Cinayətin törədilməsində istifadə olunan alət – bıçaq maddi sübut kimi götürülüb.

Qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.