Polis havaya bir neçə dəfə odlu silahdan atəş açan 2 nəfəri ifşa edib
İki nəfər odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə ifşa olunub.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Xeber.ge xeber verir ki, nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər odlu silahdan havaya bir neçə dəfə atəş açıblar. Aparılan axtarış nəticəsində maddi sübut kimi 5 ədəd odlu silah və 22 ədəd patron götürülüb.