Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Feb 27, 2026 - 12:28
 0  21
Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda narkotik vasitə dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.

Nazirliyin yaydığı məlumata görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı N.A. və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşı S.C. xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə saxlanılıblar.

Şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı sübut kimi xüsusilə külli miqdarda "heroin" aşkarlanaraq götürülüb. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumi şəhərinin müxtəlif ərazilərində satış məqsədilə saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq bəndi ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: report