Tbilisidə keçmiş məhkum anasını güllələyib

Feb 27, 2026 - 12:58
 0  13
Tbilisidə keçmiş məhkum anasını güllələyib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo idarəsinin əməkdaşları ailə üzvünə qarşı qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan şəxsi saxlayıblar.

  əməliyyat nəticəsində 1986-cı il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş K.M. qandallanıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yaşadığı evdə odlu silahdan nizamsız şəkildə bir neçə dəfə atəş açıb. Bu zaman güllələrdən biri onun anası, 1965-ci il təvəllüdlü T.L.-yə dəyib. Yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatı üçün mübarizə aparır.

Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış tədbirləri zamanı evdən iki ədəd qeydiyyatdan keçməmiş odlu silah, daraqlar və xeyli sayda patron maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 117 (ailə üzvünə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo idarəsinin əməkdaşları ailə üzvünə qarşı qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan şəxsi saxlayıblar.

  Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində 1986-cı il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş K.M. qandallanıb.