Patrul polisi Tbilisidə qanunsuz odlu silahlar və döyüş sursatı aşkar edib

Xeber.ge xeber verir ki, Daxili İşlər Nazirliyi patrul polisi departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları, müxtəlif vaxtlarda keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində odlu silah və döyüş sursatını qanunsuz olaraq əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə 3 nəfəri: 2004-cü il təvəllüdlü Ts.K., 1985-ci il təvəllüdlü A.İ. və əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü D.K.-nı həbs ediblər.
Cinayət 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Patrul-inspektorlar Tbilisidə təqsirləndirilən şəxslərin avtomobillərinə və şəxsi axtarışlarına əsasən, müxtəlif modellərdən olan odlu silahlar və patronları maddi sübut kimi götürüblər.
Odlu silahların və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi faktları ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.