Polis Acarada Dələduzluqda ittiham olunan 2 nəfəri saxlayıb

Oct 12, 2025 - 12:30
 0  19
Polis Acarada Dələduzluqda ittiham olunan 2 nəfəri saxlayıb

Xeber.ge xeber  verir ki, D İ N: Acarıstan Polisi Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları, müxtəlif vaxtlarda keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş 2 nəfəri: 1988-ci il təvəllüdlü Q.Z. və 2000-ci il təvəllüdlü B.X.-nı dələduzluq ittihamı ilə saxlayıblar.

Cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri Q.Z. aldatma yolu ilə qanunsuz yolla mənimsəmək məqsədi ilə bir vətəndaşa - 1986-cı il təvəllüdlü E.C.-yə məxsus iki avtomobili ələ keçirib. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişə ondan aldığı avtomobillərin pulunu hissə-hissə ödəyəcəyini vəd etsə də, razılaşmanı yerinə yetirməyib.

Qeyd olunan cinayət əməli nəticəsində E.C.-yə 30 167 lari məbləğində, yəni külli miqdarda əmlak ziyanı dəyib. İstintaqla, həmçinin, müəyyən edilib ki, təqsirləndirilən şəxs başqa bir vətəndaşın pulunu da dələduzluq yolu ilə ələ keçirib.

Dələduzluqda ittiham olunan digər şəxsə, B.X.-a gəlincə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq bir müəssisənin 50 000 lariyə yaxın dəyərində olan ət məhsullarını mənimsəyib.
Dələduzluq faktları ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır.