Batumi Polis İdarəsinin əməkdaşı rüşvət alma faktına görə saxlanılıb

Oct 12, 2025 - 15:07
 0  18
Batumi Polis İdarəsinin əməkdaşı rüşvət alma faktına görə saxlanılıb

Batumi Polis İdarəsinin əməkdaşı rüşvət alma faktına görə saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi  yayıb.

Qurumun məlumatına görə, Batumi Şəhər İdarəsinin əməkdaşı DİN-in məlumat bazalarında Gürcüstan və xarici ölkə vətəndaşlarının şəxsi məlumatlarını yoxlayıb və həmin məlumatları qanunsuz olaraq R.K. adlı vətəndaşa ötürüb; əvəzində isə, rüşvət şəklində, cəmi 1 000 ABŞ dolları alıb.

Cinayət 9 ilədək həbs cəzasını nəzərdə tutur.