Batumidə qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1991-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş A.İ. saxlanılıb.
Xeber.ge xeber verir ki, bu barədə məlumatı DİN yayır.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə qarşılıqlı mübahisə zamanı 2003-cü il təvəllüdlü A.D.-yə soyuq silahla bədəninin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Yaralı şəxs tibbi müəssisəyə yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində A.İ. hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə istintaq aparılır. Bu maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.