ABŞ 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırıb - Siyahıda Gürcüstanda var

Jan 14, 2026 - 21:46
 0  19
ABŞ 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırıb - Siyahıda Gürcüstanda var
: :
playing

ABŞ 75 ölkə üçün, o cümlədən Gürcüstan və Azərbaycan üçün immiqrasiya vizalarının verilməsini dayandırır

ABŞ Dövlət Departamenti Azərbaycan və Gürcüstan da daxil olmaqla, ümumilikdə 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

Xeber.ge xeber  verir ki, bu barədə "Fox News Digital" nəşri Dövlət Departamentinin memorandumuna istinadən xəbər yayıb. Sənədə əsasən, Dövlət Departamenti konsulluq zabitlərinə mövcud qanunvericiliyə uyğun olaraq vizaların verilməsindən imtina etməyi tapşırıb. Bu qərar viza müraciətlərinin skrinqinqi və yoxlanılması prosedurlarının yenidən qiymətləndirilməsi ilə əlaqədardır.

Məlumata görə, vizaların verilməsindəki fasilə yanvarın 21-dən qüvvəyə minəcək. Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi barədə dəqiq müddət göstərilməyib.

Proses viza emalı prosedurları tam yenidən qiymətləndirilənə qədər qüvvədə qalacaq.

Məhdudiyyət tətbiq edilən ölkələrin siyahısında Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Belarus, Türkiyəyə qonşu olan bir sıra dövlətlər (İran, İraq, Suriya), həmçinin Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və digər Asiya, Afrika və Latın Amerikası ölkələri yer alıb.