Batumidə pirosmani küçəsində bir nəfər güllələndi
Batumidə, Pirosmani küçəsində silahlı insident baş verib. Atışma nəticəsində bir kişi güllə yarası alıb. Əldə olunan məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.
XEBER.GE xəbər verir ki, yerli kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb