Batumidə güclü külək fəsadlar törədib: Xəsarət alanlar var – VİDEO

May 11, 2025 - 14:40
 0  21

Gürcüstanın Batumi şəhərində güclü külək bir sıra fəsadlara səbəb olub.

Batumidə təbii hadisə nəticəsində şəhərin yüksək gərginlikli elektrik xətləri zədələnib, bir neçə ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rəsmi məlumatlara görə, artıq abonentlərin əksəriyyəti üçün enerji təchizatı bərpa olunub.

Əlverişsiz hava şəraiti hava nəqliyyatına da təsir edib. İstanbul–Batumi reysi gecikib və təyyarə Batumi Beynəlxalq Hava Limanına enə bilməyib.

Şəhərin mərkəzində, Piazza meydanı yaxınlığında güclü külək tikinti sahəsindəki metal konstruksiyanı aşırıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

mənbə: az.shafaqna