“Azadlıq Meydanı” stansiyasında polis vətəndaşlar üzərində axtarış aparır

Dec 4, 2024 - 22:08
 0  65

“Azadlıq meydanı” metrosunun yaxınlığında səs-küy yaranıb.

Patrul polisinin nümayəndələri metrodan çıxan vətəndaşların bir qismini yoxlayır, həm də çantalarında axtarış aparırlar.

Polis nümayəndələri mətbuata bildiriblər ki, onlar vətəndaşlar üzrə yoxlamalar aparırlar və buna “Polis haqqında” qanun icazə verir.

Bir neçə dəqiqə əvvəl sözügedən reyd çərçivəsində bir neçə nəfər saxlanılıb. Onları polis patrul maşınına mindirərək ərazidən çıxarıblar. Bu səbəbdən patrul polisinin nümayəndələri və aksiya iştirakçıları arasında səs-küy yaranıb.

“Etirazçılara parlamentə doğru getmək və mitinqə qoşulmaq imkanı verilmir. Bu, hökumətin terroru və hədəsidir”, - deyə vətəndaşlar bildirir.

mənbə: interpress