Azərbaycan səfirliyinə qəsdən zərbə endirilib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdəki Azərbaycan səfirliyinə hücumu şərh etdi
Saakaşvili bu fikirləri sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, baş verən hadisə təsadüf kimi qiymətləndirilə bilməz.
Saakaşvilinin sözlərinə görə, səfirlik binasına və park ərazisinə ilk zərbə təsadüfi görünə bilərdi, lakin ikinci oxşar hadisə bunun qəsdən edildiyini göstərir. O qeyd edib ki, bu, təkcə Ukraynaya deyil, həm də müstəqil siyasət yürüdən Azərbaycana yönəlmiş bilərək addımdır.
Saakaşvili iki ölkə prezidentlərinin telefon danışığını müsbət qiymətləndirərək, Ukrayna və Azərbaycan arasında əməkdaşlığın bundan sonra da sürətlə inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
mənbə: axar