Avropanın ən böyük Əhli-beyt İnanc Mərkəzi Zeynəbiyyə Məscidinin açılışı oldu

Oct 28, 2025 - 12:39
 0  143
Avropanın ən böyük Əhli-beyt İnanc Mərkəzi Zeynəbiyyə Məscidinin açılışı oldu

Xeber.ge xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük Əhli-beyt İnanc Mərkəzi olan Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzinin açılışı minlərlə insanın iştirakı ilə Halkalıda keçirilib.

Kərbəla qəhrəmanı Hz. Zeynəbin (s.ə) mövlud günü olan 26 oktyabr bazar günü təşkil edilən beynəlxalq tədbirdə Zeynəbiyyə Məscidi rəsmi olaraq istifadəyə verilib.

Açılış mərasimində ölkə daxili və xaricdən çoxsaylı qonaqlar iştirak edib. Tədbirdə birlik, qardaşlıq və inanc dəyərləri xüsusi vurğulanıb.

mənbə: azshafaqna.com