Ağır yol qəzasında iki gənc ölüb

Tuşetinin Dartlo kəndinə gedən yolda baş verən qəzada iki gənc ölüb.
Avtomobil yoldan çıxaraq bir neçə metr aşağı düşüb.
Avtomobildə başqa sərnişinlər olmayıb. Hadisə gecə saatlarında baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı (nəqliyyatın təhlükəsizliyi və ya istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
mənbə: Intrepress.ge