Ağır yol qəzasında gənc sürücü həyatını itirdi

May 3, 2025 - 14:00
 0  38
Ağır yol qəzasında gənc sürücü həyatını itirdi

Xobi bələdiyyəsinin Çaladidi kəndində baş verən yol qəzası nəticəsində bir nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Məlumata görə, distribütor şirkətinə məxsus avtomobil ilə yük maşını toqquşub.

Qəza nəticəsində distribütor avtomobilinin sürücüsü – təxminən 25 yaşlı gənc hadisə yerində dünyasını dəyişib, avtomobildə olan onun 10 yaşlı qardaşı isə yaralanıb.

Yaralı təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən Poti xəstəxanasına aparılıb. Həkimlərin məlumatına görə, uşağın sifət nahiyəsində xəsarətləri var və hazırda müvafiq müayinələrdən keçirilir.

Hadisə yerinə patrul polisi cəlb olunub. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanıb.

mənbə: interpress