Ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirdi, iki nəfər isə yaralandı

Jun 29, 2025 - 09:39
 0  53
Ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirdi, iki nəfər isə yaralandı

Kaxeti bölgəsinin Dədoflisçxaro kəndində baş vermiş yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.

Zemo Kedi kəndindən Şiraki istiqamətində hərəkət edən minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, traktorda olan ata və oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə – nəqliyyat vasitələrinin hərəkəti və ya istismarı qaydalarının pozulması faktı ilə istintaq başlanıb

mənbə: interpress