İlia Topuria UFC-nin yüngül çəki dərəcəsində çempion oldu-VİDEO

Gürcüstanlı döyüşçü İlia Topuria UFC-nin yüngül çəki dərəcəsində (70 kq) yeni çempionu adını qazandı.
Topuria Braziliyanın təmsilçisi Çarlz Oliveiranı ilk raundda nokautla məğlub etdi. Bu qələbə ilə o, karyerasında daha bir önəmli titula sahib oldu.
Qeyd edək ki, İlia Topuria 2024-cü ilin fevralında Aleksandr Volkanovskini məğlub edərək UFC-nin yarımyüngül (65 kq) çəki dərəcəsində çempion olmuşdu. Həmin titulu oktyabr ayında Maks Holloye ilə döyüşdə uğurla müdafiə etmişdi.
mənbə: interpress