2,7 milyon larilik dələduzluğa görə axtarışda olan şəxs aeroportda saxlanıldı
Daxili İşlər Nazirliyinin bəyanatına görə, Kvemo Kartlidə külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə axtarışda olan şəxs saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilir ki, saxlanılan şəxs 2025-ci ildə dələduzluq yolu ilə vətəndaşa məxsus 2 741 000 lari dəyərində daşınmaz əmlakı mənimsəyib.
Saxlanılan şəxs Rustavi Şəhər Məhkəməsinin Qərarı əsasında axtarışda idi və barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilmişdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi keçirilmiş istintaq tədbirləri nəticəsində Tbilisi Beynəlxalq Hava Limanının ərazisində saxlayıblar", — DİN yazır.
DİN-in məlumatına görə, hazırda saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb.