Ərzaq qiymətləri üzrə hökumət komissiyası yaradıldı

Dec 31, 2025 - 10:22
Dec 31, 2025 - 10:24
 0  10
Ərzaq qiymətləri üzrə hökumət komissiyası yaradıldı

Xeber.ge xəbər verir ki, ərzaq məhsullarının qiymətləri ilə bağlı Hökumətlərarası Koordinasiya Komissiyası yaradılıb. Komissiyaya baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək.

Müvafiq sərəncam hökumətin dünən keçirilən iclasında təsdiqlənib.

Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin bildirdiyinə görə, komissiyanın tərkibinə aidiyyəti sahə üzrə nazirlər, Hökumət Administrasiyası və Rəqabət Agentliyi daxil olacaq.

“Baş nazir ərzaq məhsullarının qiymət artımı ilə bağlı çox ətraflı danışdı və qeyd etdi ki, bu məsələ daha dərindən araşdırılmalıdır, çünki çox vaxt qiymət artımı heç bir məntiqə əsaslanmır və bu da istehlakçıya təsir göstərir. Hökumət komissiyası bu prosesin daha yaxşı koordinasiyası üçün yaradılıb”, — deyə Levan Jorjoliani bildirib.