Zurabişvili “Gürcü Arzusu”na: o amansız əsgərlər, “xarici güc” yox “Ruslar” idi

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili 9 Aprellə bağlı "Facebook"da paylaşım edib və bu günlə bağlı “Gürcü Arzusu”nun nümayəndələrini səsləndirdikləri narrativə görə tənqid edib.
Zurabişvilinin paylaşımı, İrakli Kobaxidzənin açıqlamasından sonra gəlib – o, Rusiyanın adını çəkmədən yazmışdı ki, 36 il əvvəl olduğu kimi, bu gün də “xarici qüvvələr” Rustavelidə zorakılıq törədir.
“Ayıbdır – Gürcüstan hökuməti! O amansız əsgərlər 'ruslar' idi, 'xarici qüvvə' yox və siz bunu deməyə belə cürət etmirsiniz!” – Salome Zurabişvili yazır və həm Rusiya müharibəsini, həm də rus zorakılığını pisləyir.
Zurabişvili bildirib:
“9 Aprel – Rusiya ordusunun həyata keçirdiyi qəddar və amansız dağıdıcı hücumun günüdür!
9 Aprel – Gürcüstanın dinc mübarizəsinin qələbə günüdür!
Müharibə və zorakılığı yalnız ruslar və onların qulları gətirir!
Qələbə qazanır sülh, gələcəyə inam, azadlıq, müstəqillik!”
Salome Zurabişvili Gürcüstanın Müdafiə naziri İrakli Çikovaniyə də tənqid yönəldib. Çikovani – “Gürcü Arzusu”nun digər nümayəndələri kimi – Rusiyanın adını çəkmədən yazıb ki, 9 Apreldə həlak olmuş qəhrəmanların xatirəsi qarşısında baş əyir. O, bu günü fədakarlıq və iradənin bariz nümunəsi adlandırıb.
“Müdafiə naziri belə 'rus' sözünü deməyə cürət etmir 9 Aprellə bağlı! Maraqlıdır, bizi necəvə kimdən qoruyur?
Bəs hələ də ‘Gürcü Arzusu’nu dəstəkləyənlər – özlərini vətənpərvər və milli dəyərlərin daşıyıcısı adlandıranlar – nə düşünürsünüz? Ölkənin gələcəyini, bu gününü və artıq keçmişini satmağa və satqınlara necə göz yuma bilirsiniz? Həqiqət naminəmi, yoxsa konformizmə görə – artıq fərqi yoxdur!”, – deyə yazır Zurabişvili müdafiə nazirinə cavab olaraq bildirib.
Salome Zurabişvilinin bu gün Çexiya Senatında çıxışı planlaşdırıldığı üçün, 9 Aprel memorialını şəxsən ziyarət edə bilməyib.
9 Aprelin gecəsi, parlament binasının qarşısında etiraz aksiyalarında saxlanılmış şəxslərin ailələri və onların tərəfdarları gecələmişdi. Aksiya iştirakçılarının məqsədi, 9 Aprel memorialına hökumət nümayəndələrinin buraxılmaması idi. 9 Aprel səhəri, memorial ətrafında “Gürcü Arzusu”nun tərəfdarları ilə nümayişçilər arasında dəfələrlə gərginlik yaşanıb.
Dövlət məmurları etirazçıları “idarə olunan və qarışıqlıq yaratmaq istəyənlər” kimi qiymətləndirirlər, aksiya iştirakçıları isə dövlət məmurlarının hərəkətlərini və onların dediklərini “təhqiramiz təxribat” kimi qəbul edirlər.
1989-cu il 9 Apreldə, Sovet ordusunun bölmələri dinc nümayişçiləri odlu silahlarla, qaz balonları və zəhərli maddələrlə dağıdaraq hücum etmişdi. 21 nəfər həlak olmuşdu, əksəriyyəti qadın idi. Yüzlərlə insan yaralanmışdı.
9 Aprel faciəsindən iki il sonra, Gürcüstan 1921-ci ildə Sovet işğalı nəticəsində itirdiyi müstəqilliyini bərpa etdi. 1991-ci il 9 Apreldə, Gürcüstanın Ali Soveti dövlət müstəqilliyinin bərpası aktını qəbul etdi.
mənbə: marneulifm