Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib

Nov 4, 2024 - 12:16
Nov 4, 2024 - 12:20
 0  86
Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib

Gürcüstanda səhər saatlarında iki zəlzələ baş verib.

Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar  04:08-də Tbilisidən 51 kilometr aralıda, Dmanisi şəhəri yaxınlığında qeydə alınıb və onun gücü 3,1 bal olub.

İkinci zəlzələ isə saat 05:32-də baş verib və episentri Cava qəsəbəsi olub. Zəlzələnin gücü 3,9 bal olub.