Azərbaycanın sürət qatarı Tiflisdə göründü: Nə baş verir?

Apr 9, 2025 - 18:20
 0  276
Azərbaycanın sürət qatarı Tiflisdə göründü: Nə baş verir?

May ayından etibarən Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Bu məlumatın yayılmasına səbəb Azərbaycan Dəmir Yollarına aid sürət qatarının Tiflisdə görünməsi olub.

İddia olunub ki, mayın 1-dən Bakı-Tiflis-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tiflisə göndərilib.

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib:

"Bu, sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır".

mənbə: axar