Zurabişvili Donald Trampın andiçmə mərasiminə dəvət edildi

Amerikalı konqresmen və Helsinki Komissiyasının sədri Co Vilson Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət edib.
Co Vilson (Respublika Partiyası) bu barədə X səhifəsində yazıb.
“Mən prezident Salome Zurabişvilini Gürcüstanda yeganə legitim lider kimi prezident Donald Trampın andiçmə mərasiminə dəvət etməkdən məmnunam”, - Vilson yazıb.
mənbə: interpress