Zəngəzur dəhlizi Rusiyasız olacaq

Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən görüş başa çatıb. Azərbaycan mətbuatı yazır ki, görüşdə sərhədlərin delimitasiyası, "Zəngəzur dəhlizi"nin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı "çox ciddi və substansiv" müzakirələr aparılıb.
Rusiya mətbuatı isə bildirir ki, ölkə rəhbərləri Zəngəzur dəhlizində 3-cü tərəfin iştirakı olmamasını razılaşıblar. Rusiya mediası diplomatik mənbələrə istinadən qeyd edir:
-Azərbaycan və Ermənistan kommunikasiyaların açılması, keçid üçün birgə nəzarət mexanizmləri və yoldan keçid üçün təhlükəsizlik təminatları və ən əsası Rusiyanın bu yola nəzarət etməsinin qeyri-mümkünlüyü barədə tam razılığa gəliblər.