Yunanıstanda polisi dişləyən Gürcüstan vətəndaşı saxlanılıb

Nov 8, 2024 - 13:07
 0  29
Yunanıstanda polisi dişləyən Gürcüstan vətəndaşı saxlanılıb

Yunanıstanın Saloniki şəhərində 49 yaşlı Gürcüstan vətəndaşı  həbs edilib.

Məlumatı Yunanıstan mediası yayıb.

Məlumata görə, oğurluğun qarşısının alınması bölməsinin polisləri gürcü vətəndaşı yoxlamağa cəhd göstərib, 49 yaşlı kişi qaçmaq istəyərkən polislərdən birini dişləyib.

Hüquq-mühafizə orqanları Gercüstan vətəndaşını həbs edib və axtarış zamanı oğurluq üçün lazım olan qurğular və özünə məxsus olmayan 3 qızıl zəncir aşkar ediblər.

mənbə: interpress