Gürcüstandan xaricə gedənlərin STATİSTİKASI AÇIQLANDI
2024-cü ilin 3-cü rübündə Gürcüstan ərazisindən xaricə 758,9 min nəfər gürcü rezident səyahətçi gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azdır.
Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Statistikaya əsasən, qeyd olunan saydan gürcüstanlı rezidentlərin xaricə səfərləri 603 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 6,8 faiz azdır.
Gürcüstanın rezident qonaqları xaricə 402,1 min turist səfəri edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
2024-cü ilin 3-cü rübündə ən çox ziyarət Türkiyə və Rusiya Federasiyasına müvafiq olaraq 237,4 min və 119 min ziyarət edilib.
Onu da qeyd edək ki, “Sakstat”ın məlumatına görə, Gürcüstandan olan rezident səyahətçilərin xaricə etdiyi səfərlərin 70,3 faizi 4 ölkəyə düşür. Bunlar: Türkiyə, Rusiya, Ermənistan və Azərbaycandır. Səfərlərin 15,1 faizi Avropa İttifaqına üzv dövlətlərə, 14,6 faizi isə digər ölkələrə edilib.
mənbə: interpress