Rustavi-Lilo yolunda minik avtomobili ilə qoşqu toqquşub

Nov 8, 2024 - 12:57
 0  30
Rustavi-Lilo yolunda minik avtomobili ilə qoşqu toqquşub

Rustavi-Lilo yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil və qoşqu toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Toqquşma zamanı avtomobilin yağı yola tökülüb. Hərəkətin təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları yolu bağlayıb və digər avtomobilləri alternativ yol hissəsinə yönəldiblər.

Rustavi-Lilo yolunda avtomobillərin hərəkəti bir neçə saat ərzində dayandırılıb.

mənbə: interpress