Yunanıstanda gürcü kişi hamilə arvadını yaralayıb
Xeber.ge xeber verir ki, Yunanıstanda, 43 yaşlı gürcü kişi 3 aylıq hamilə olan 38 yaşlı arvadını üz nahiyəsindən çəngəllə yaralayıb.
Qadın görmə qabiliyyətini xilas etmək üçün əməliyyat olunub və xəstəxananın ginekologiya şöbəsində ciddi nəzarət altında saxlanılır.
Hücumçu həyat yoldaşını yaraladıqdan iki gün sonra həbs olunub. Ona qarşı ağır bədən xəsarəti yetirmə və ailə daxili zorakılıq maddələri ilə cinayət işi açılıb.