Yük maşınında külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sərhəd-keçid məntəqəsi "Laqodex" ərazisində yük avtomobilində xüsusi düzəldilmiş gizli yer aşkar edilib. Orada 2 paketdə qablaşdırılmış 12 kiloqrama yaxın "marixuana" yerləşdirilibmiş – bu yükü Gürcüstana gətirməyə çalışan xarici ölkə vətəndaşı saxlanılıb.
XEBER.GE xeber verir ki, məlumatı DİN yayır.
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüztana gətirilməsi ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.
Hüquq-mühafizə orqanları "Laqodex" sərhəd-keçid məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin idarə etdiyi yük avtomobilinin ətraflı yoxlanılması zamanı avtomobilin salonunda düzəldilmiş xüsusi gizli yerdən maddi sübut kimi 2 bükmə şəklində qablaşdırılmış 12 kiloqrama yaxın "marixuana" götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır ki, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.