Yetkinlik yaşına çatmayan oğlan uşağına təcavüz: İttiham qaldırıldı
Xeber.ge xeber verir ki, prokurorluq yetkinlik yaşına çatmayan oğlan uşağına qarşı təcavüz və əxlaqsız hərəkət faktları ilə bağlı bir şəxsə ittiham qaldırdı.
Aparılan istintaq nəticəsində müəyyən edilib ki, ittiham olunan şəxs yetkinlik yaşına çatmayan oğlan uşağına sistematik şəkildə təcavüz edib.
Eyni dövrdə ona qarşı əxlaqsız hərəkət törədilib.
Həmçinin müəyyən edilib ki, ittiham olunan şəxs başqa bir yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı da əxlaqsız hərəkət törədib.
Bu cinayətə görə nəzərdə tutulan cəza 20 ilədək və ya müddətsiz azadlıqdan məhrumetmədir.