Yerli seçkilərə getmək xalqın aylarla etdiyi mübarizəyə təhqirdir

May 29, 2025 - 12:42
 0  15
Yerli seçkilərə getmək xalqın aylarla etdiyi mübarizəyə təhqirdir

Bu qrupda yerli özünüidarəetmə seçkilərinə dair də müzakirə oldu – ora çıxmaq sadəcə səhv deyil, aylarla Rustaveli prospektində toplaşan ictimaiyyətə böyük təhqirdir.

 Bu barədə “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Melia Paata Burçuladze, müxalifətin bir hissəsi və vətəndaş cəmiyyəti ilə görüşdən sonra jurnalistlərə bildirib.

Melianın sözlərinə görə, bu təşkilati qrup ölkədəki böhranın həllində xalqın iştirakını təmin edəcək.

“Biz burada vacib məsələlər barədə danışdıq. Burada müxtəlif ictimai qruplar var, bir-birindən fərqli olan insanlar var, böhranı aradan qaldırmaq istəyən müxalifətçi adamlar var. Böhranı yalnız xalqın iştirakı ilə həll etmək olar. Bu təşkilati qrup xalqın iştirakını necə təmin edə bilər – bu barədə danışıldı. Yerli özünüidarəetmə seçkilərinin üstünlüyü haqqında deyil, parlament seçkilərinin üstünlüyü haqqında danışırıq.

Bu qrupda yerli özünüidarəetmə seçkilərinə dair də müzakirə oldu – ora çıxmaq sadəcə səhv deyil, aylarla Rustaveli prospektində toplaşan ictimaiyyətə böyük təhqirdir”, – deyə Nika Melia bildirib.

mənbə: interpress