Yeni dizaynlı şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır
Oct 6, 2025 - 12:02
0 86
Xeber.ge xəbər verir ki, Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi 2025-ci il oktyabrın 6-dan etibarən yeni nəsil, yenilənmiş dizayna malik biometrik pasportların və yaşayış elektron vəsiqələrinin verilməsinə başlayır.
Əsas məqamlar:
Yeni sənədlər yalnız 6 oktyabrdan etibarən müraciət edənlərə veriləcək.
Qiymətlər dəyişməyəcək.
Mövcud sənədlər etibarlıdır, onları dəyişmək məcburi deyil.
Yenilənmiş dizayn milli simvollarla bəzədilib və beynəlxalq təhlükəsizlik standartlarına uyğundur.
Müraciət ədliyyə evlərində, agentliyin bölmələrində və ya onlayn (sda.gov.ge) vasitəsilə mümkündür.
Elektron şəxsiyyət vəsiqələrinin verilməsi 2025-ci il 3 noyabrda başlayacaq.