"Google Maps"də yeni və çox faydalı FUNKSİYA

Oct 6, 2025 - 11:54
Oct 6, 2025 - 11:55
 0  17
"Google Maps"də yeni və çox faydalı FUNKSİYA

"Android" üçün "Google Maps" proqramı bir çox faydalı naviqasiya xüsusiyyətlərinə malikdir. İndi bu xüsusiyyətlərə biri də əlavə olunub.

Xeber.ge xəbər verir ki, bu barədə Androidauthority.com məlumat yayıb.

Məlumata görə, yeni "Aerial" düyməsi baxış rejimləri arasında asanlıqla keçid etməyə imkan verir.

Bu funksiya xüsusilə ərazini virtual olaraq gəzməyə imkan verən "küçə görünüşü" rejimindən "peyk görünüşü" rejiminə saniyələr ərzində keçidi təmin edir.

Yeni düymə hazırda sınaq mərhələsindədir. Bununla belə, onun yaxın vaxtlarda rəsmi şəkildə istifadəyə veriləcəyi gözlənilir.

mənbə: oxu.az