Yaxın günlərin hava proqnozu: İsti günlərdən sonra yağış və şimşək gözlənilir

Oct 14, 2026 - 13:40
 0  17
Yaxın günlərin hava proqnozu: İsti günlərdən sonra yağış və şimşək gözlənilir

Gürcüstanda yaxın günlərdə hava şəraitinin dəyişkən və qeyri-sabit keçəcəyi gözlənilir.

XEBER.GE xeber  verir ki, 14 oktyabr: Ölkənin böyük hissəsində mülayim və nisbətən isti hava hakim olacaq. Qərbi Gürcüstanın ovalıqlarında temperatur +25...+30°C, Şərqi Gürcüstanın düzənlik ərazilərində isə +23...+28°C təşkil edəcək. Yüksək dağlıq rayonlarda hava nisbətən sərin keçəcək. Şərqi Gürcüstanın bəzi yerlərində güclü kürək əsəcək.

15 oktyabr: Qərbi Gürcüstanın bəzi rayonlarında, eləcə də Şərqi Gürcüstanın ayrı-ayrı ərazilərində qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir.

16 oktyabr: Ölkə üzrə buludluluq artacaq, həm qərb, həm də şərq bölgələrində yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacaq və şimşək çaxacaq. Bəzi ərazilərdə yağıntının intensiv olacağı və duman çökəcəyi ehtimal edilir.

17 oktyabr: Hava şəraiti nisbətən sabitləşəcək və həm qərb, həm də şərq ovalıqlarında əsasən günəşli və mülayim hava müşahid olunacaq.