Yaponiyada 39 il cəza çəkən məhbusun təqsirsiz olduğu üzə çıxdı

Jul 19, 2025 - 10:53
 0  11
Yaponiyada 39 il cəza çəkən məhbusun təqsirsiz olduğu üzə çıxdı

39 il əvvəl baş vermiş məktəbli qızın qətlinə görə cəza çəkən yaponiyalı Şoci Maekava işin təkrar istintaqından sonra bəraət qazanıb.

Xeber.ge xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

39 il əvvəl Fukui şəhərində orta məktəb şagirdini öldürməkdə təqsirli bilinən 60 yaşlı kişinin işinə Naqoya Ali Məhkəməsinin Kanazava şöbəsində yenidən baxılıb.

Məhkəmə prosesi zamanı qətl gecəsi Maekavanı qanlı paltarda gördüklərini deyən şahidlərin ifadəsi şübhə altına alınıb. Bundan əlavə, şahidlərin ifadələrində istintaqın əvvəllər göz yumduğu yeni faktiki uyğunsuzluqlar aşkarlanıb.

mənbə: oxu.az

Qeyd olunur ki, yekun hökmü çıxaran hakim 39 il ərzində çəkdiyi əziyyətə görə Maekavadan üzr istəyib, Maekavanın özü isə mətbuat konfransında təqsirsizliyini sübut edə bildiyinə görə özünü rahat hiss etdiyini bildirib.