Polşa yüzlərlə Gürcüstan vətəndaşını deportasiya edəcək

Yüzlərlə Gürcüstan vətəndaşı Polşadan deportasiya ediləcək.
Bunu ölkənin daxili işlər naziri Tomaş Simonyak deyib.
Bu qərar onların Şərqi Avropa dövlətinin ərazisində cinayət əməlləri həyata keçirərkən tutulduqları üçün qəbul edilib.
"Gürcüstan vətəndaşları arasında cinayətlə bağlı problemimiz var. Onların arasında yüzlərlə şəxs cinayətkar fəaliyyətlə məşğul olduqları üçün Polşanı tərk etməli olacaq", - Simonyak deyib.
mənbə: oxu