Xaşuridə maşın piyadanı vuraraq öldürüb
Gürcüstanın Xaşuri şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeber.ge xeber verir ki, hərəkətdə olan avtomobil piyadanı vurub. Zərbənin
gücündən kişi aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq aparılır.
Polis hadisənin dəqiq səbəblərini və sürücünün şəxsiyyətini müəyyənləşdirir.