Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.
Xeber.ge bu barədə Kremlin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, atəşkəs aprelin 11-i saat 16:00-dan (Tbilisi vaxtı ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq. Moskva Ukrayna tərəfinin də Pasxa atəşkəsi təşəbbüsünə qoşulacağını gözləyir.
Vladimir Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində hərbi əməliyyatları dayandırmağı, eyni zamanda, mümkün təxribatlara qarşı cavab verməyə hazır olmağı tapşırıb.
mənbə: trend.az