Xarici vətəndaşın bank hesabından 58 min dollar oğurlayan şəxslər ifşa olundu
Daxili İşlər Nazirliyinin bəyanatına görə, maliyyə mənfəəti əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarına qanunsuz müdaxilə etmə ittihamı ilə 1 nəfər saxlanılıb, digər şəxs barəsində isə qiyabi olaraq cinayət təqibi başladılıb.
XEBER.GE xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər xarici ölkə vətəndaşının bank hesabına qanunsuz daxil olaraq 58 000 ABŞ dollarını qanunsuz olaraq mənimsəyiblər.
Polis cinayəti törədən bir nəfəri hakim Qərarı əsasında saxlayıb, digər şəxs barəsində isə qiyabi olaraq cinayət təqibi başlayıb və onun axtarışı elan olunub", — DİN yazır.
İstintaq Cinayət Məcəlləsinin 286-cı prima maddəsi ilə aparılır ki, bu da 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.